Elnur Profile picture
22 Nov, 34 tweets, 5 min read
Döyüşlərdə iştirak etmiş heç kimin əməyini yerə salmaq istəmirəm. Amma yada salmaq lazımdır ki, İyul döyüşlərində biz General-Mayor itirmişik. Orduda xidmət etmiş biri kimi, mən də Azərbaycan Ordusunun döyüşə hazır olmadığını düşünənlərdənəm. Mövzu uzundur. Bir-bir yazacam. +
İlk olaraq XTQ Elit qüvvələri çıxmaq şərti ilə, əsgərlərin döyüş hazırlıqları təlimlərin az olması səbəbinə görə çox aşağıdır. Adi əsgər, xidməti ərzində heç bir təhlükəli şərait yaranmadığı müddətcə 10dan çox güllə atmır.
2si gənc əsgər vaxtı poliqonda atəş açma təlimlərindən, 1 də bəxtləri gətirsə boevoy taborda təlimə düşsələr onda. 1 illik ya da 1.5 illik xidməti ərzində 10dan çox güllə atmayan əsgər əsl müharibədə necə döyüşəcək? +
Eyni zamanda əsgərlərin fiziki hazırlığı da yetəri səviyyədə deyil. Çox az hərbi-hissələrdə günün nizam qaydasında olan idmanlar keçirilir. Keçiriləsə də, bu idmanlarda məqsəd əsgərin fiziki hazırlıqlı olması yox,məqsəd nizam qaydasina uymaq olur+
İdmanlar adətən, 15-20 dəqiqə qızınma və qaçışdan sonra, turnik, jimlə davam edir. İdmanın qalan vaxtı da əsgərlər istirahət edir. Bu saydıqlarım hələ briqadalarda olan idmandır, dağ yerində olan əsgər üçün (öz təşəbbüsü xaric) idmandan söhbət belə gedə bilməz. +
Dağda, postda xidmət edən əsgərin şəraiti elədir ki, onun idman etmək üçün halı qalmır. Bölüyün gündəlik işləri, yemək bişirilməsi, daşınması, təmizliyə nəzarət, səngərlərin saz vəziyyətə salınması və s. işlər o qədərdir ki, idmana vaxt belə qalmır. +
Ayrıca, post pozisiylarında, qeyri-müharibə şəraitəndə az əsgər olur, bu da adambaşına düşən iş miqdarının çox olmasına gətirir çıxardır. Bəs yaxşı post pozisiyasında niyə az əsgər olur ? Cavab: korrupsiya, valideyn uşağının ön cəbhədə xidmət etməsini istəmir. +
Ordumuzun növbəti zəif cəhəti, XTQ qoşunları çıxmaq şərti ilə, zabit-gizir heyyətinin öz ixtisaslarına uyğun kifayət qədər savadlı, bilgili olmamasıdır. Döyüş planlaması, strategiyanı qura biləcək zabit gizirimiz çox azdır. +
2nci Qarabağ müharibəsindən yayılan videolarda da gördüyümüz kimi, yüksək rütbəli zabit heyyəti döyüşlərdə kifayət qədər öndə hərəkət edirmiş. Polkovnik-General rütbəli zabitlər əsasən hücum strategiyasını qurmaqla məsuldurlar. +
Hər ikisinə Allah rəhmət eləsin. Səid Rəsizadə yazırdı ki, Polad Həşimov Aprel döyüşlərində ən öndə idi. Tam rəsmi olmasa da, Polad Həşimov, şəhid olarkən dayaq məntəqəsində olub və dayaq məntəqəsinə minaatan mərmisinin düşməsi nəticəsində şəhid olub. +
Halbu ki, Generallar döyüşü komanda məntəqəsindən idarə etməlidirlər. Komanda məntəqəsi düşmənin atış mənzilindən uzaqda olmalıdır. Amma hərbi-hissələrin komanda məntəqələri əksəriyyət halda döyüşə kifayət qədər yaxın olur. +
Bir başqa misal, döyüşlərdə bir qolunu itirən qazimiz, danışır: "Bizim solumuza Mais Bərxudarov döyüşürdü. Ona baxıb ruhlanırdıq." Sual: Ordu korpusu generali olan Mais Bərxudarov niyə düşmənə o qədər yaxın məsafədə döyüşürdü? + oxu.az/interview/4412…
General həmin döyüşlərdə şəhid olsa idi, bu döyüş strategiyasına necə təsir edəcək idi? Qərarlar necə veriləcək idi? Faktiki olaraq, bir ordu korpusumuz başsız qalmayacaqdımı?+
2014 də mənim komandirim olmuş Polkovnik Həmdəm Ağayev, videoa baxanda bəlli olur ki Polkovnik ön cəbəhədə, birinci xətdə döyüşürmüş. Ordu üçün zabitin itirilməsi, əsgərin itirilməsindən daha önəmlidir. +
Əsgərlərin, zabitlərin dediyindən də başa düşmək olur ki, müharibə dövründə Yüksək Rütbəli Zabit heyyəti də əsgər kimi döyüşürmüş. Bu isə nəzərə alınmamış böyük riskdir. +
Ordunun digər zəif cəhəti: 80% silahımızın köhnə, sovetdən qalma silahlar olmasıdır. Videoalarda fikir versəz, XTQ əlində olan silahlarla Milli Ordu əsgəri olan silahlar arasında fərq var.+
MO əsgərlərində hələ də , orası-burası izolentli olan AKMS ləri gördüm videolarda. AKMS, AKM, RPQ, PKM lər, Tanklar, PDM lərin əksəriyyəti nasazdır. Döyüş vaxtı əsgəri yarı yolda qoymaq ehtimalları böyükdür, Onları təmir etmək və saz halda saxlamaq üçün texniki-qulluq vaxtı +
uzundur və bu bahalı prosesdir. Ümumiyyətlə Azərbaycan orudusunin idarə edilməsi haqqında fikir sahibi olmaq üçün müqayisə aparsaq deyə bilərik ki, Azərbaycan dövləti necə idarə olunursa, ordu da elə idarə olunur. Heç bir fərq yoxdur+
Vəzifə artımları, bilgi, savad, meritokratik faktorlar üzərindən yox, tanışçılıq, korrupsiya faktorları üzərindən baş verir. Heç bir döyüş bilgisi, vizyonu olmayan zabit, hərbi hissə komandiri ola bilir bizim orduda. +
İxtisasını çox yaxşı bilən, xidmətini uğurlu və səhvsiz aparan zabit isə, gözlərdən kənarda qala bilir, haqq etdiyi vəzifədə olmaya bilir. +
Bəs yaxşı orduda bu qədər problemin olduğu halda, necə oldu ki 2nci Qarabağ müharibəsində biz qələbə çaldıq?+
1) Xüsusi Təyinatlı Qüvvələr
2) Dronlar
3) Yüksək rütbəli türk zabitlərinin döyüş strategiyası cızılmasında rolu
4) Azərbaycan əsgərinin şücaəti, son anadək döyüşməsi.+
Başda Yaşma olmaqla, XTQ -i əsgərlərinin döyüş hazırlıgı yüksək səviyyədədir. Onlara tez-tez təlimlər keçirilir, ekstremal şəraitdə sağ qalmaq üçün fiziki olaraq hazırlanırlar, onlar 3-4 gün ac susuz qala bilirlər, öz silahlarından sərrast atəş aça bilirlər+
strategiya bilgiləri yetəri qədərdir, necə pusqu qurmaq olar bilirlər, Şuşa videosundan da gördüyünüz kimi 35 XTQ dəstəmiz Şuşa yolunda 103 erməni əsgərinə pusqu qurub məhv etmişdi, belə misallar çoxdur+
Eyni zamanda XTQ qüvvələrinin mental hazırlıqları da yüksək səviyyədədir. Onlar döyüş zamanı özlərini itirmirlər, öldü var döndü yoxdur prinsipi ilə hərəkət edirlər+
Növbəti gücümüz: Dronlar: Qarabağ müharibəsi, dronların aktiv iştirak etdiyi və qələbə çalınan ilk müharibədir. Dron müharibəsi, hərb doktrinində yeni səhifə açdı deyə bilərik.+
Dronlar düşmənin ağır texnikasını məhv etməsə idi, şəhidlərimizin sayı qat-qat çox olası idi. Faktiki olaraq, düşmənin ağır texnikası döyüşdə çox az zaman müddətində iştirak edə bilirdi+
bir neçə atışdan sonra, dronlar ağır texnikanın yerini müəyyən edir və məhv edirdilər. Düşmənin hava hücumundan müdafiə sistemləri də dronlar vasitasilə məhv edilirdi. Xüsusilə S300 lər. Su 25 lərimizin Şimalda və Şərqdə aktiv iştirak edə bilmələrinin səbəbi+
Dronların S 300 leri zerersizleşdirmesinin nəticəsi idi.

3. Türk zabitlərinin döyüş planının cızılmasında və həyata keçirilməsində aktiv iştirak etməsi, savadlı zabit-gizir çatışmazlığı problemini aradan qaldırdı. Xüsusilə dronların döyüş tapşırıqlarını misal çəkmək olar. +
4. Azərbaycan əsgərinin şücaəti. Videolardan da göründüyü kimi, əsgərimizin döyüş ruhu çox yüksək olub. İllərdir yığılan qisas alma hissi, torpaqları geri almaq istəyi əsgərlərimizdə öz həyatlarını qorumaq hissindən ağır olub+
Görünən odur ki, kaska-bronjiletsiz belə əsgərlərimiz təkcə silahla düşmənin üzərinə gedib. Yaralı halda döyüşü davam etdirən kim, hospitalda öz xahişi ilə ərizə yazıb cəbhəyə qayıdan kim, yaralı yoldaşını atəşin altından xilas edən kim+
Xüsusilə də XTQ dəstələrinin şücaətləri inanılmazdır. Başından yaralansa da, sarğıda Şuşaya qədər gedən Xüsusi təyinatlımız məsələn. Ümid edirəm ordumuz Qarabağ müharibəsindən yaxşı nəticələr çıxardacaq, ordunun zəif və çatışmayan cəhətlərini aradan qaldırmağa çalışacaq+
Bu dəfə düşmənin döyüşə hazır olmaması və surpriz faktorundan (dronlar) istifadə etdik qələbə qazandıq. Gələn dəfə düşmənin dronları da olacaq, döyüşə də hazır olacaq.
Allah şəhidlərimizə rəhmət eləsin.
Bunu da yazım ürəyim soyusun. Xidmət vaxtı gələndə, pul verib əsgərliyini saxlatdıran insanların heç birinin Azərbaycan əsgərini müharibəyə səsləmək haqqı yoxdur.

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Elnur

Elnur Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Too expensive? Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal Become our Patreon

Thank you for your support!

Follow Us on Twitter!