Mövzu. Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.
“Oktyabrın 19-da Araik Arutyunyan mənə zəng elədi. O dedi ki, müharibəni dayandırmaq lazımdır."
Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını DQR”in “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir”.
Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:
“Putin dedi ki, müharibənin dayanması üçün danışıqların məntiqinə uyğun olaraq Qarabağın statusu məsələsindən imtina etməli, keçmiş DQMV-nin ətrafında olan rayonları qaytarmalısınız və əraziyə Rusiya sülhməramlıları yerləşdirilməlidir”.
Paşinyan deyib ki, səslənən təkliflərə sülhməramlıların keçmiş DQMV-nin sərhədlərinə və Laçın dəhlizinə yerləşdirilməsi şərti ilə razılıq verib.
“Bu variantı Arutyunyana çatdırdım, Arutyunyan razı olduğunu bildirdi."
Bundan sonra parlamentdəkənar partiyaların da iştirakı ilə iclas çağırdım və qəbul olunan qərarı onlara elan etdim.
İslasda bir çoxları bunu narazılıqla qarşıladı, iclasdan sonra isə bəziləri sosial şəbəkələrdə “artsax” uğrunda ümummilli mübarizəni dayandırmağın xainlikdən başqa bir şey olmadığını yazdı”, - Paşinyan deyib.
Erməni baş nazirin sözlərinə görə, həmin gün parlament fraksiyalarının iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda ölkə prezidenti və bütün ermənilərin katolikosu da iştirak edib:
“Mən müxalifətə elan etdim ki, hansısa məsuliyyəti onların üzərinə yıxmaq istəmirəm, sadəcə, məlumat verirəm ki, belə bir addım atmağı nəzərdə tuturam, sonra elə çıxmasın ki, xalqdan gizli nəsə etmək istəyirəm.
Həmin vaxt ictimai bir açıqlama versəydim, Azərbaycan təklif olunan ssenaridən imtina edəcəkdi, erməni tərəfi isə çox çətin bir vəziyyətə düşəcəkdi”.
Paşinyan bildirib ki, iclasdan sonra Putinə zəng edərək, təkliflərə razı olduğunu deyib.
Putin isə bildirib ki, Azərbaycan Prezidenti ilə bu məsələni müzakirə edib, sabah ona zəng edəcək:
“Səhəri gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə bildirdilər ki, Qarabağın statusu müəyyən edilmədən hər hansı razılaşmaya qarşı çıxırlar.
Onlar həm də bunu Ermənistanın keçmiş prezidentləri adından dediklərini bildirdilər.
Ancaq bunlar artıq vacib deyildi, mən artıq qərar vermişdim və sona qədər getmək istəyirdim”.
Növbəti gün, söz verdiyi kimi, Rusiya Prezidenti zəng edir.
Putin deyir ki, İlham Əliyev buna razıdır, ancaq tələbləri var: sülhməramlılar keçmiş Dağlıq Qarabağın ərazisi boyu deyil, Azərbaycan Ordusunun dayandığı yerdən sonra – faktiki təmas xəttinə gələ bilər.
Həmin vaxt Hadrut və Talış artıq Azərbaycan Ordusunun nəzarətində idi və onlar geri çəkilmək fikrində deyildilər:
“Bundan başqa, İlham Əliyev tələb etmişdi ki, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtmasını mütləq təmin etməlidir.
Bu şərtlə mən atəşkəsə razı ola bilməzdim. Belə ki, hətta Hadruta razılaşsam da, Şuşanın geri verilməsi ilə heç cür razılaşa bilməzdim. Prezident Putin təəccübləndi ki, niyə mən azərbaycanlıların geri qayıtmasına qarşıyam.
Onda mən öz arqumentlərimi dedim və Putin onların “məntiqli olduğunu” bildirdi”.
Paşinyan deyib ki, azərbaycanlıların Şuşaya geri qayıdacağına razılaşsaydı, onda bu ərazidə sayca azərbaycanlılar böyük üstünlük qazanacaqdılar və Xankəndi yolu məsələsi gündəmə gələcəkdi:
bu yolu kim və necə nəzarət edəcəkdi?
Paşinyan həmçinin deyib ki, bu şərtə razılaşacağı halda Azərbaycanın yeni tələbləri başlayacaqdı: məsələn, Şuşadan Qırmızı Bazara qədər olan yola nəzarət.
Paşinyanın bundan sonra təklif edilənlərin sonuncusu – “ən pis təkliflə” niyə razılaşdığını hələlik açıqlamayıb.
• • •
Missing some Tweet in this thread? You can try to
force a refresh
Gerard Libaridian, who served as advisor for Armenian President Levon Ter-Petrosyan:
"When President Putin and other [world leaders] say that the status of Karabakh is not defined, they do not mean that independence of Karabakh is possible."
1/5
2/5
"They have already said that this is impossible - that [Karabakh] is part of Azerbaijan. They made it very clear."
3/5
"In the past, Russian diplomats did not support a single project that did not envisage Karabakh as part of Azerbaijan. The only thing they did was agree to postpone the status issue."
According to the WHO, Japan has long struggled with one of the highest suicide rates in the world.
In 2016, Japan had a suicide mortality rate of 18.5 per 100,000 people, and almost triple the annual global average of 10.6 per 100,000 people.
While the reasons for Japan's high suicide rate are complex, long working hours, school pressure, social isolation and a cultural stigma around mental health issues have all been cited as contributing factors. #itsokaynottobeokay