“Qəqəni” ləqəbli Razim Dəmirovdan maraqlı faktlar.
22.03.1977-ci ildə Şəmkir rayon İrmaşlı kəndində anadan olub. 1992-ci ilin yanvar ayında, 15 yaşında könüllü olaraq Qarabağda müharibəyə yollanıb.
1993-cü ildə aldığı güllə və qəlpə yaralarından sonra ordu sıralarından tərxis olunub. II qrup Qarabağ müharibəsi əlilidir.
Müharibədə iştirakı haqqında:
Əmim oğlu Rafiq Dəmirov Şuşada döyüşürdü, sonradan şəhid oldu. Bu vətəni qorumaq hissi məndə tez oyanmışdı...
Gəncədəki qərargahda dedilər ki, uşaqsan, müharibə sənlik deyil. Orada döyüşə getməyimə razılıq vermədilər...
Laçın rayonunun Qayğı qəsəbəsində özümü “didib-dağıtdım”, yenə qoymadılar. Dedilər, “əgər qalmaq istəyirsənsə, buradakı əsgərlərə qoşul. Hamısı 18-20 yaşlı gənclərdir. Onlara təlim keçir, döyüşə hazırlayırıq”. Öz-özümə fikirləşdim ki, nə fərqi var ki? Onsuz da ordu ordudur.
Yaşım az olduğu üçün məni daha çox sınayrdılar ki, bəlkə bezib evə qayıdam. Bir dəfə kros qaçmalı idik. Silah, zirehli jilet, başımda da kaska… 15 yaşlı uşaq, heç biri də əynimə olmur. Jilet dizimə qədər düşürdü, kaska başımda oynayırdı, avtomat da az qala yerə dəyirdi.
1 həftə sonra isə səhər tezdən dağın yamacında qaçırdıq. Birdən avtobus dayandı, bizi düzdülər; mən də boydan balaca olduğum üçün sıranın ən axırında dayanmışdım. Gördüm, kimisə soruşurlar. Orada demək olar adımı bilən yox idi, hamı mənə “Malış” deyirdi.
Gördüm ki, atam avtobusdan düşüb, mənə tərəf gəlir. Görüşdük, sonra getdik hərbi hissəyə. Atam üz vurdu ki, uşaqsan hələ, qayıt evə; komandir əsgərləri düzdü, mənimlə vidalaşdılar. Qayıtdım evə.
1992-ci ilin fevral ayının 26-na qədər evdə qaldım.
1992-ci ilin fevral ayının 26-na qədər evdə qaldım. Xocalıdakı faciə barədə eşidəndə gecə yata bilmədim. Gecə saat 4-də məktub yazdım. Yazdım ki, “ata, 4 övladın var, biri də olmasın”.
Gecə ilə evdən çıxıb, Gəncəyə gəldim.
Mehman Ələkbərov haqqında:
O, Gəncədə 1 saylı internat məktəbində müəllim işləyirdi, sonra isə mənim komandirim oldu. O insanı görəndən vətənpərvərliyin nə olduğunu anlamışdım.
Ilk Qarabağ müharibəsində şərait haqqında:
Bəziləri elə bilir ki, postda durmaq asandır. İndi bəlli postlar var, şərait yaradılıb. O vaxt nə bəlli yer vardı, nə də səngər… Elə olub arxda, öz qazdığımız yerdə dururduq... Qarın, yağışın altında dururduq.
İlk hərbi döyüşü haqqında:
Batalyona gələndən 10 gün sonra birinci Marquşavan (Şıxarx) döyüşü oldu. Batalyonumuzda 140 nəfər əsgər vardı, 50-yə yaxın avtomat… Döyüş alınmadı, yaralılarımız oldu, geri çəkildik.
“Arabo” batalyonunun məhvi haqqında:
Kanaldan çıxanda gördüm ki, ermənilər narlığın içərisində durublar. Orda 5-6 nəfər idilər, 100-dən çoxu isə üzümlüyün yanındakı dərin arxın içərisində gizlənmişdi.
Mehman Ələkbərova əl elədik. Atəş açmağa başladıq. Oradakıları yerindəcə öldürdük. Onlar nə baş verdiyini anlamamışdılar. Sayca bizdən qat-qat çox olduqları üçün ağıllarına gəlməzdi ki, biz hücum edib, onları mühasirəyə alarıq.
Tərtər batalyonunun “Arabo” batalyonun məhvində rolu haqqında:
Biz kiminsə haqqına girməmişik, əksinə, bizim haqqımıza girmişdilər...Onlar batalyon şəklində yox, cəmi bir neçə nəfərlə iştirak ediblər.
Müharibədə yaralanması haqqında:
Murovda xidmət edəndə bir dəfə ayağıma kimyəvi silahın qəlpəsi girdi. Bir müddət buna görə xəstəxanada yatdım. Sağalıb, geri qayıdandan sonra 1993-cü ilin may ayında yenə açıq qəlpə yarası aldım. İkinci yaram ağır oldu...
Gəncə batalyonu haqqında:
Bizim də bəxtimizə Qaradağlıda, Xocalıda qətliam törədən batalyonu məhv etmək düşüb. Buna görə hardasa özümdə rahatlıq tapıram.
• • •
Missing some Tweet in this thread? You can try to
force a refresh
Gerard Libaridian, who served as advisor for Armenian President Levon Ter-Petrosyan:
"When President Putin and other [world leaders] say that the status of Karabakh is not defined, they do not mean that independence of Karabakh is possible."
1/5
2/5
"They have already said that this is impossible - that [Karabakh] is part of Azerbaijan. They made it very clear."
3/5
"In the past, Russian diplomats did not support a single project that did not envisage Karabakh as part of Azerbaijan. The only thing they did was agree to postpone the status issue."
Mövzu. Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ikinci geniş açıqlama yayaraq, müharibənin dayandırmağa necə məcbur olmasını izah edib.
“Oktyabrın 19-da Araik Arutyunyan mənə zəng elədi. O dedi ki, müharibəni dayandırmaq lazımdır."
Onun sözlərinə görə, bu, təkcə onun fikri deyildi, müharibənin dayandırılmasını DQR”in “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, həmçinin eks-prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan da istəyir”.
Paşinyan bundan sonra Rusiya lideri Vladimir Putinə zəng etdiyini qeyd edib:
According to the WHO, Japan has long struggled with one of the highest suicide rates in the world.
In 2016, Japan had a suicide mortality rate of 18.5 per 100,000 people, and almost triple the annual global average of 10.6 per 100,000 people.
While the reasons for Japan's high suicide rate are complex, long working hours, school pressure, social isolation and a cultural stigma around mental health issues have all been cited as contributing factors. #itsokaynottobeokay